Samson

Samsonun aslanla mübarizəsi (1525). Alman İntibah dövrü rəssamı olan Lukas Kranaxın portretidir.

Samson (İvrit dilində: שִׁמְשׁוֹן,[1] Ərəb dilində: شمسون Şəmsun, Müasir Yunan dilində: Σαμψών) qədim ibranilərin fövqəltəbii güclərə sahib olduğuna inanılan əfsanəvi qəhrəmanıdır və qədim dövr sirr dünyasında yaşamışdır. Əhdi-Ətiqdə "Hakimlərin vəsiyyətnaməsi" adlı kitabında 12 İbrani hakimin sonuncusu olduğu düşünülməkdədir. Aslanı parçalayarkən, bir eşşəyə aid çənə sümüyü ilə bir çox fələstinlini öldürdüyü və onları əksər müharibələrdə məğlub etdiyi qulaqdan qulağa və yazılı şəkildə dövrümüzə gəlmişdir. Samson uzun saçlarından güc alırdı. Dalilaya aşiq idi. Onun bu sevgisindən xəbər tutan Dalila Samson yuxuda olarkən onun saçlarını kəsir, gözlərini kor edir və fələstinlilərə təslim edir. Samsonun saçları təkrar uzanır və Daqon məbədindəki bir mərasim zamanı binanın sütunlarını qırır və beləliklə min bir fələstinli dağıntı altında qalır.[2]

  1. Toorn, Van der; və b. Dictionary of deities and demons in the Bible. Google Books. səh. 404. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-14. (#explicit_et_al)
  2. "Samson" , Genel Kültür Ansiklopedisi (4. cilt). Sabah (gazete). səh. 1847. (#apostrophe_markup)

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search